
Ötən cümə Tovuzda bir bayram var idi ki, gəl görəsən!
Səbəb “Qarabağ”ın bölgəyə səfər etməsiydi.
Azərbaycanı Avropada layiqincə təmsil edən kollektivin Tovuza səfərinin yaratdığı səs-küyün üzərinə matçın başlama saatını (19.30) və oyunun bayram gününə təsadüf etdiyini nəzərə alsaq, anşlaq sürpriz kimi qarşılanmadı.
Qarşılaşmanın istirahət günündə baş tutması “Qarabağ” azarkeşlərinin sayına öz təsirini göstərmişdi. Səfər oyunlarında adətən 100-150 nəfərlə təmsil olunan fanatların sayı bu dəfə azı iki dəfə çox idi.
“İmarət Tayfa”yla “Qarabağ Ordu”nun qonaqlar üçün ayrılmış tribunalarda yaratdığı ab-hava meydandakı gərginliklə tam uzlaşırdı.
Hər vurulan qoldan sonra stadionu tüstü-dumana bürüyən azarkeşlər hakimin final fitindən sonra da eyni mənzərəni yaratdı. Komanda üzvləri tribunanın qarşısına gəldi, qələbə sevinci birlikdə qeyd olundu.
Həmin an kənarda qalan Abdullah Zubirlə Leandro Andradenin azarkeşlərin qarşısına tələsməsi də xoş mənzərə kimi yadda qaldı.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN