“Qarabağ”ın 5 yerli futbolçusu ilə bağlı müəmma - Agentdən MÜHÜM AÇIQLAMA!

31 Mart 16:30 Qarabağ 3 216
“Qarabağ”ın 5 yerli futbolçusu ilə bağlı müəmma - Agentdən MÜHÜM AÇIQLAMA!

“Qarabağ”ın beş futbolçusu - Toral Bayramov, Elvin Cəfərquliyev, Musa Qurbanlı, Nəriman Axundzadə, həmçinin, müqavilə ilə “Qarabağ”a məxsus olub, icarə əsasında “Zirə”də top qovan İsmayıl İbrahimlinin şəkillərindən ibarət posteri Fransa şirkətinin “instagram” səhifəsində yer alıb.

“Football Life Management” adlı agent şirkəti sözügedən futbolçuların Haiti və Belarusla yoldaşlıq görüşlərində iştirak üçün Azərbaycan millisinə dəvət olunduğu yazaraq, onları “bizim futbolçular” kimi təqdim edib və uğurlar arzulayıb.

Paylaşımı görüb keçə bilməzdik. Çünki dünənə qədər “Qarabağ”dakı azərbaycanlılar Tural Əsgərovla əməkdaşlıq edirdi. Və həmin futbolçularla bağlı transfer xəbərlərindəki həqiqəti Əsgərovdan dəqiqləşdirirdik.

Elə bu dəfə də Tural bəylə əlaqə saxladıq. Ki, görək, Fransa şirkətinin etdiyi paylaşımın arxasında nə dayanır?

Olmaya Əsgərov uzun illərdir gördüyü işdən geri çəkilib? Danışdıq və məlum oldu ki, atılan addım boşuna deyilmiş:

“Bəli, həmin futbolçular bu gün də mənim müştərimdir. Sadəcə, mən özüm uzun illərdir “Football Life Management”lə əməkdaşlıq edirəm.

Hazırda sözügedən şirkətlə heç bir hüquqi asılılıq olmayan əməkdaşlığımız var.

Sosial media üzərində edilən paylaşımlar agentlərin və futbolçuların imkanlarının genişlənməsi üçündür. Başqa səbəb axtarmağa dəyməz”.

Maraq üçün bildirək ki, “Football Life Manadement” Abdullah Zubir, Yassin Benzia, Adama Diakabi, Kilan Lebon kimi futbolçuların Fransadan Azərbaycana gəlməsinə vasitəçilik edib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Aprel 02:30 Bu liqada 2:5 günü