Qurban Qurbanov ən azı iki nəfərlə vidalaşacaq

29 Mart 20:25 Qarabağ 3 299
Qurban Qurbanov ən azı iki nəfərlə vidalaşacaq

«Qarabağ» bu mövsüm bir ilkə imza atdı.

İlk üç dövrədə onlardan 7 xal qoparmış «Turan Tovuz»u səfərdə məğlubiyyətə uğratdılar.

Kadi Borges penaltidən fərqləndi, Nəriman Axundzadə möhtəşəm qola imza atdı. Bütün bunlar birinci hissədə baş verdi.

Ancaq söyləməkdə yarar var - «Qarabağ» fasilədən sonra üstün futbol oynadı, daha iki dəfə qol vurdu.

Dörd qol Qurban Qurbanovu sevindirməyə bilməz. Hər qonaq komanda Tovuzda özünü ev sahibi kimi aparmağı bacarmır.

Yerli publika çox vat onları oyundan qabaq sıxır.

Kadinin qayıdışı ilə «Qarabağ»ın orta sahəsi və ön xətti canlanıb. Əsas problem isə yenə qalmaqdadır: müdafiə zonası hər xətaya açıqdır və etibarsızdır.

Bədavi Hüseynov - Kevin Medina cütlüyü idealdan uzaqdır. Ümumiyətlə, fərq eləmir, bu zonada kim oynayır - hamısı zəif təsir bağışlayır.

Böyük ehtimalla, Qurbanov yayda bu müdafiəçilərin ən azı ikisiylə vidalaşacaq.

Hamısını yola salsa, düzünü deyim ki, gözümü bərəldib etməyəcəm, təəccüölənməyəcəm.

Sadəcə, çiyinlərimi çəkəcəm və «belə də olmalı idi» söyləyəcəm. Bu oyunçularla Çempionlar Liqasında bir neçə mərhələ adlamaq daha mümkünsüzdür.

Medina başda olmaqla, bütün müdafiəçilər yaxşı günlərini yaşayıb qurtarıblar.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 23:45 3 qol - VİDEO
31 Mart 11:30 DƏVƏT - Buradasız?