"Qarabağ"ın legioneri: “Bilirəm ki, məndən daha yaxşı oyunçular var”

29 Mart 14:50 Qarabağ 1 987
"Qarabağ"ın legioneri: “Bilirəm ki, məndən daha yaxşı oyunçular var”

"Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç Monteneqro millisində 50-ci oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, onun yubiley matçı DÇ-2026-nın seçmə mərhələsində 2-ci turunda Farer adaları ilə oyuna (1:0) təsadüf edib.

Yankoviç bununla bağlı İnstaqram səhifəsində paylaşım edərək fikirlərini bölüşüb:

"Milli ilə 50 oyuna çıxmaq mənim üçün statistikadan daha çox məna kəsb edir. Bu, 25 illik məşq, fədakarlıq, özümlə mübarizə və davamlı olaraq inkişaf etmək arzusudur.

Bilirəm ki, məndən daha yaxşı oyunçular var ki, bu komandada əllidən az oyunda iştirak ediblər. Ona görə bu rəqəmi daha böyük qürur və minnətdarlıqla daşıyıram.

Ailəmə, dostlarıma, məşqçilərimə, komanda yoldaşlarıma və azarkeşlərə çətin anlarda dəstək olduqları üçün təşəkkür edirəm".

Yankoviç 2016-cı ildən Monteneqro millisində çıxış edir. O, millidə keçirdiyi 50 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
31 Mart 11:30 DƏVƏT - Buradasız?