
Premyer Liqanın “Turan Tovuz” - “Qarabağ” matçında (1:4) hakimlik diqqət mərkəzinə düşüb.
Sportinfo.az xəbər verir ki, baş hakim Cavid Cəlilov 70-ci dəqiqələrdə “Qarabağ”ın futbolçularından əvvəlcə Elvin Cəfərquliyev, sonra Nəriman Axundzadəyə qarşı hərəkətləri qayda pozuntusu kimi qeydə almayıb.
Buna isə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov çox əsəbi reaksiya verib.
Baş hakimə etiraz edənlərdən biri də Qurbanovun köməkçisi Elçin Rəhmanov olub. Referi buna görə Rəhmanova sarı vərəqə göstərib.
Həmin görüntülərin yer aldığı videonu təqdim edirik.