Ərəblərin təklifini geri çevirdi, “Qarabağ”ı bu kluba dəyişməyə QƏRAR VERDİ

27 Mart 09:00 Qarabağ 5 892
Ərəblərin təklifini geri çevirdi, “Qarabağ”ı bu kluba dəyişməyə QƏRAR VERDİ

“Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin karyerasını Norveçdə davam etdirəcəyi ilə bağlı xəbərlər yayılıb.

Onun “Molde” ilə anlaşdığı iddia olunur.

Məlumata görə, 20 yaşlı forvard transfer məsələsini həll etmək üçün artıq Skandinaviya ölkəsinə yollanıb.

Bildirilib ki, “Molde”nin Ağdam təmsilçisinə təxminən 400 min avro ödəyəcəyi gözlənilir.

Əldə etdiyimiz son informasiyaya görə, Ağdam təmsilçisi Nərimanın keçidinə razılıq verib.

Təklifə gəlincə, Norveç klubu millimizin üzvüylə hələ 1 il əvvəl maraqlanmağa başlayıb.

Avropa Liqasının 1/8 final mərhələsində “Braqa“ya Bakıda qol vurandan sonra o, “Molde“nin maraq dairəsinə daxil olub.

Skandinavlar hələ 5-6 ay qabaq menecerlər vasitəsilə Axundzadənin “ağzını arayıb“.

Lənkəranlı gənc Norveçdən gələn dəvətə isti yanaşıb. Bu səbəbdən Səudiyyə Ərəbistanından aldığı təklifi geri çevirib.

Nəriman bu mövsüm “Qarabağ”ın heyətində bütün turnirlərdə 32 oyun keçirib, 8 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Aylıq məvacibi 12 min manat olan hücumçunun “köhlən atlar”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
29 Mart 03:50 "Neftçi" kimə uduzdu?