
Cari mövsüm Bədavi Hüseynov üçün «Qarabağ»da sonuncu il ola bilər.
2012-ci ildən Ağdam klubunun formasını geyinən müdafiəçi Qurban Qurbanovun növbəti sezonla bağlı planlarında önəmli yer tutmayacaq.
Təcrübəli çalışdırıcı 13 ildir xidmətindən yararlandığı arxa xətt oyunçusunun artıq tükəndiyi qənaətindədir.
Azərbaycanın ən güclü mütəxəssisi qəfildən bu fikrə gəlməyib - son illərdə dəfələrlə ağır zədə alan Hüseynov əvvəlki formasını bərpa etməyə çətinlik çəkir.
Millimizin də şərəfini qoruyan 33 yaşlı dağıstanlı ötən günlərin həsrətini çəkir. O, davamlı olaraq əsas heyətdə yer almır, əksər hallarda Premyer Liqada meydana çıxır.
Qurban Qurbanovun qarşıdakı «futbol ili» ilə bağlı düşüncələri çox ciddidir. Komandada ciddi islahatlar aparmaq niyyətindədir. Baş məşqçi yayda düşərgəyə 2 yeni müdafiəçi cəlb etməyi planlaşdırır.
Bədavi Hüseynovun «Qarabağ»la müqaviləsi hələ davam edir. Əgər razılaşarsa, qalıb klubun akademiyasında məşqçi olaraq fəaliyyətə başlaya bilər.
SPORTİNFO.AZ