
"Qurban Qurbanov futbolu düşünür, amma onları da başa düşmək lazımdır".
Bu sözlər ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, proqramın son buraxılışında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Kəpəz"lə matçın (0:0) ardından səsləndirdiyi fikirlərə münasibət bildirib.
Məsələ ondadır ki, ağdamlıların çalışdırıcısı 27-cu tur qarşılaşmasında qeydə alınan nəticəyə görə bir neçə səbəb gətirib.
Təcrübəli mütəxəssis Tovuz şəhər stadionunun süni qazonunun oyundan öncə sulanmamasından şikayətlənib.
Ceyhun Rzayev Qurban Qurbanovun mövqeyinin anlaşılan olduğunu bildirib.
Qeyd edib ki, o, komandasının daha sürətli oynamasını istəyir.
Bununla belə, aparıcı "Kəpəz"in vəziyyətinin də başadüşülən olduğunu deyib.
Xatırladıb ki, Gəncə təmsilçisi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır və bu yolda hər xal çox qiymətlidir.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN