Avropadan “Qarabağ”a 5 təklif gəldi - RƏSMİ AÇIQLAMA

24 Mart 18:35 Qarabağ 12 365
Avropadan “Qarabağ”a 5 təklif gəldi - RƏSMİ AÇIQLAMA

«Qarabağ» Avropanın müxtəlif ölkələrindən 5 təklif alıb.

Bu barədə Sportinfo.az-a klubun futbol akademiyasının baş koordinatoru Aftandil Hacıyev məlumat verib.

Son illər uşaq futboluna diqqəti bir qədər də artıran Ağdam təmsilçisinə Türkiyə, İsveç, Niderland, Avstriya və Belçikadan dəvət gəlib:

«Bilirsiz ki, «Qarabağ» beynəlxalq turnirlərdə tez-tez iştirak etməyə başlayıb. Ötən il bir neçə belə yarışa yollanmışdıq. İndi də bu istiqamətdə danışıqlar gedir.

Təşkilatçı klubların hamısı Avropada sayılıb-seçilənlərdir. «Qarabağ» tanındığı üçün istəyirlər ki, biz də onların turnirlərində iştirak edək.

Proqram hazırlanır. Həmin proqrama əsasən, aprel, may, iyun və iyul aylarını Avropada keçirə bilərik.

Təklif bütün yaş qruplarını əhatə eləyir».

Digər Xəbərlər
Xəbər Lenti
25 Mart 11:30 Düzü budur elə!