"Qarabağ"lı iki qol ötürməsi etdi, milli qazandı

23 Mart 14:25 Qarabağ 379
"Qarabağ"lı iki qol ötürməsi etdi, milli qazandı

"Qarabağ"ın legionerləri Marko Yankoviç və Marko Veşoviçin çıxış etdiyi Monteneqro millisi DÇ-2026-nın seçmə mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Robert Prosineçkinin baş məşqçi olduğu komanda öz meydanında Cəbəllütariqlə qarşılaşıb.

Monteneqronun 3:1 hesabı ilə qalib gəldiyi oyunda həm Yankoviç, həm də Veşoviç start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Yankoviç qollardan ikisinin ötürməsini verərək qələbədə böyük pay sahibi olub. O, 70 və 73-cü dəqiqələrdə - komandasının 2-ci və 3-cü qollarında məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti