
"Qarabağ" rəhbərliyi "Sabah"ın təklifini geri çevirib.
Ağdam klubu Aleksey İsayevi geri qaytarmaq istəyən "bayquşlar"a mənfi cavab verib.
"Köhlən atlar" 2024-cü ilin yanvarında sıralarına qatdığı və 3 illik müqavilə imzaladığı 29 yaşlı yarımmüdafiəçi ilə vaxtından əvvəl vidalaşmaq niyyətində olmadığını qarşı tərəfə elan edib.
Halbuki Masazır təmsilçisi onun üçün təzminat ödəməyə hazır idi.
İsayev 2020–2023-cü illərdə "Sabah"ın formasını geyinib, 2024-cü ildə 500 min dollar qarşılığında "Qarabağ"a transfer olunub.
Di gəl, o, hələ də əsas heyət oyunçusu ola bilməyib. Qurban Qurbanov raqəbətə tab gətirməyən Alekseyə əsasən Premyer Liqada meydan verir.
SPORTİNFO.AZ