Millidə növbəti oyuna çıxan “Qarabağ”lı - Afrikadan VİDEO

09:00 Qarabağ 493
Millidə növbəti oyuna çıxan “Qarabağ”lı - Afrikadan VİDEO

"Qarabağ”ın legioneri Yassin Benzia Əlcəzair milli komandasının heyətində növbəti oyuna çıxıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsində Botsvanaya qarşı matçın iştirakçısı olub.

Meydana start heyətində çıxan Benzia 81-ci dəqiqədə Ahmed Kendouci ilə əvəzlənib.

Görüş Əlcəzair milli komandasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qələbə sayəsində xallarının sayını 12-ə çatdıran Benzianın komandası qrupda liderdir. Botsvana yığması isə 6 xalla dördüncü pillədə qərarlaşıb.

Əlcəzair millisi seçmə mərhələdə növbəti görüşünü martın 25-də öz meydanında Mozambikə qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti