Tanınmış məşqçi bu futbolçuya görə "Qarabağ"a gəldi - FOTO

21 Mart 13:35 Qarabağ 3 175
Tanınmış məşqçi bu futbolçuya görə "Qarabağ"a gəldi - FOTO

Qış transfer pəncərəsinin son günlərində "Qarabağ"a qoşulan yarımmüdafiəçi Kadi Borges əvvəlki performasına qayıtmağın yollarını axtarır.

Sportinfo.az xəbər verir ki, publika.az-ın əldə etdiyi məlumata görə, köhnə-yeni komandasına gələrkən həm fiziki, həm də oyun baxımından əvvəlki kimi olmayan braziliyalı futbolçu ideal formaya çatmaq üçün Bakıya Braziliyadan məşqçi dəvət edib.

Söhbət bu ölkənin tanınmış performans məşqçilərindən biri olan Lukas Karvalyodan gedir.

Karvalyo "Qarabağ"ın məşqlərindən əlavə olaraq Kadi ilə hazırlıq keçir.

O, həmyerlisi üçün xüsusi proqram hazırlayıb. Məqsəd onun qısa zamanda əvvəlki formasını bərpa etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Mart 11:30 Bir balaca cəld olun!
21 Mart 08:00 Azərbaycana yaz gəldi