“Qarabağ”ın müqavilə bağlamaq istəmədiyi legionerə 3 TƏKLİF VAR

13:00 Qarabağ 1 214
“Qarabağ”ın müqavilə bağlamaq istəmədiyi legionerə 3 TƏKLİF VAR

2021-ci ildən «Qarabağ»ın formasını geyinən Marko Veşoviç 3 ölkədən təklif alıb.

Sözləşməsi bu yay bitəcək müdafiəçi Polşaya qayıda bilər.

Monteneqrolu legionerlə Yunanıstan və Kipr klubları da yaxından maraqlanır.

Ağdam klubu Olavio Juninyo, Julio Romao və Riçard Almeydadan sonra onunla da vidalaşmağı qərarlaşdırıb.

«Köhlən atlar» artıq bu barədə müdafiəçini məlumatlandırıb. Bildirilib ki, onun yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

Monteneqro yığmasının üzvünə indidən özünə yeni komanda tapmaq tapşırılıb. 34 yaşlı cinah oyunçusuna icazə verilib ki, real müştərisi olarsa, onunla danışıqlar aparılsın.

Ölkəmizə Polşadan gələn «Legiya»nın sabiq kapitanı 1 ilə yaxındır əsas heyətdə yerini itirib. Buna səbəb xroniki zədələrdən əziyyət çəkməsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti