
“Qarabağ”ın futbolçuları “Kəpəz”lə oyunun ardınca istirahətə buraxılıb.
Milli komandaların oyunları ilə bağlı yaranmış fasiləni nəzərə alan Qurban Qurbanov yetirmələrinə 2-3 gün yox, dörd gün dincəlmək imkanı yaradıb.
Kimisə ailəsinə baş çəkmək üçün vətəninə yollanıb, kimisi istirahət üçün uyğun məkan seçib, bəziləri Bakıda qalmağı üstün tutub.
İstirahət müddəti 16-19 mart aralığını əhatə edəcək. Martın 20-də komanda üzvləri bazada bir araya gəlib növbəti oyuna hazırlaşacaq.
“Qarabağ” sıncaq matçı keçirəcəkmi? Xeyr. Baş məşqçi buna gərək duymayıb.
“Köhlən atlar” Premyer Liqanın 28-ci turunda səfərdə “Turan Tovuz”un qonağı olacaq. Martın 28-də keçiriləcək qarşılaşmanın start fiti saat 19:30-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ