“O, cəmi 10,69 saniyəyə “Qarabağ”a qol vuraraq, tribunaları şoka salmışdı"

00:40 Qarabağ 231
“O, cəmi 10,69 saniyəyə “Qarabağ”a qol vuraraq,  tribunaları şoka salmışdı"

Bolqarıstanda dünya futbol tarixinin ən sürətli qollarının siyahısı tərtib edilib.

Sportinfo.az "Football24.bg" saytına istinadən xəbər verir ki, siyahıda “Qarabağ”ın 2016/2017-ci il mövsümünün Avropa Liqasının J qrupunun açılış turunda Çexiyanın “Slovan”(Liberets) klubuna qarşı keçirdiyi oyunda (2:2) buraxdığı qol da yer alıb.

Bolqar həmkarlarımız həmin qol haqda bunları yazıb:

"Avropa Liqasında ən erkən qolu “Slovan”ın futbolçusu Yan Sikora vurub. 2016-cı ildə “Slovan” “Qarabağ”la qarşılaşıb və Sikora cəmi 10,69 saniyəyə qol vuraraq tribunadakı azarkeşləri şoka salmışdı".

Digər Xəbərlər
Xəbər Lenti