Bu ölkənin millisinin müdafiəçisi “Qarabağ”la müqavilə imzalayacaqmı?

15 Mart 21:00 Qarabağ 545
Bu ölkənin millisinin müdafiəçisi “Qarabağ”la müqavilə imzalayacaqmı?

Mövsümün sonunda “Qarabağ”da ciddi dəyişikliklər yaşana bilər.

Mövsümün sonunda 10-a yaxın futbolçunun klubla müqaviləsinin müddəti başa çatacaq.

Baş məşqçi hələ ki, gedişata baxır və yeni sözləşmələrin imzalanmasında maraqlı görünmür.

“Köhlən atlar”la anlaşması sona yaxınlaşanlardan biri də Marko Veşoviçdir.

Monteneqro millisinə də cəlb olunan müdafiəçi Sportinfo.az-a mövzu ilə bağlı bunları deyib:

“Müqaviləmin başa çatmasına hələ üç ay var. Bu isə kifayət qədər zamandır.

Bu gün onu deyə bilərəm ki, yeni sözləşmə ilə bağlı heç bir məlumatım yoxdur. Futbolumu oynamaqda davam edirəm.

Meydanda olanda özümü xoşbəxt hiss edirəm və hazırkı fiziki durumum yaxşıdır.

Futbolçu çox oynayanda daha hazırlıqlı olur. Nə olacağını mövsümün sonu göstərəcək”.

33 yaşlı balkanlı legioner 2021-ci ildən formasını geyindiyi “Qarabağ”ın heyətində bütün turnirlərdə 126 dəfə şans qazanaraq, 5 qol vurub, 16 qolun ötürməsini verib.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
15 Mart 11:20 Bu, cəsarət istəyir!
15 Mart 08:20 Qeyrət üçün 50 manat