
İki il öncə “Partizan”dan “Qarabağ”a qayıdan Patrik Andrade yenidən buranı tərk edə bilər.
Bu iddia tanınmış telejurnaslit Ceyhun Rzayevə məxsusdur.
ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ağdam klubunda gözlənilən ayrılıq barədə danışıb.
O bildirib ki, Yassın Benzia burada qalsa, kabo-verdeli legionerin yeni müqavilə imzalamaq ehtimalı azalacaq.
Rzayev qeyd edib ki, Qurban Qurbanov əlcəzairlini bundan sonra dayaq yarımmüdafiəçisi mövqeyində sınamaq fikrindədir.
Aparıcı deyib ki, Andradenin bu seçimlə razılaşacağını gözləmir. Çünki afrikalı onun mövqeyində başqa birinin oynamasına sakit yanaşmayacaq və özünə fərqli komanda axtarıb tapmağa çalışacaq.
Həmçinin qeyd edib ki, “köhlən atlar”ın baş məşqçisi indidən müəyyən yerdəyişmələrə əl atmaqla, növbəti avrokuboklar mövsümünün hazırlığına başlayıb.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN