Kadi Borges bu həqiqəti “Sportinfo”nun əməkdaşından gizlətmədi

14 Mart 20:20 Qarabağ 522
Kadi Borges bu həqiqəti “Sportinfo”nun əməkdaşından gizlətmədi

Kadir Borges təxminən 1,5 illik aradan sonra yenidən "Qarabağ" qayıtdı.

Braziliyalı vinger artıq 6 rəsmi matçda da forma geyinib.

O, bu görüşlərdə 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

28 yaşlı legionerin şəxsi performansı pis deyil.

Bizə isə maraqlı olan Premyer Liqanın səviyyəsidir. Axı ilyarım az müddət deyil.

Görəsən, Borgesin gözü ilə baxası olsaq, aradakı zaman kəsiyində dəyişən nəsə varmı?

Cənubi amerikalını dinləyək:

"Bütün komandalara qarşı hələ də oynamamışam. Ona görə də nəsə demək çətindir.

Amma qarşılaşdığım rəqiblərə əsasən səviyyənin qalxdığını deməliyəm. Daha rəqabətli çempionat görürəm.

Ümid edirəm ki, bu templə də inkişaf davam edər".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 11:00 Gördüzmi bunu?
14 Mart 10:40 4 qol - VİDEO