“Qarabağ”ın futbolçusu bu sualı eşitdi, səbrli olmağı məsləhət gördü

19:40 Qarabağ 230
“Qarabağ”ın futbolçusu bu sualı eşitdi, səbrli olmağı məsləhət gördü

“Aşağılamaq istəmirəm, amma çempionatla avrokuboklar eyni deyil.

Azərbaycanda inamlı nəticələr qazana bilərik, ancaq Avropada tam fərqlidir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın legioneri Marko Veşoviç deyib.

Ağdam təmsilçisi Kadi Borgesin gəlişindən sonra qələbələri sıralayır və hücum planında kifayət qədər inamlı görünməyə başlayıb.

Maraqlıdır, indiki komandadan növbəti avrokubok mövsümündə nə gözləmək olar? Azarkeşlər uğurlu nəticələrə ümid edə bilər, yoxsa komandanın güclənməsinə ehtiyac var?

Monteneqrolu müdafiəçi sualı bu şəkildə cavablandırıb:

“Beynəlxalq oyunlar tam başqadır. Stadionlar dolur, rəqiblər sənə tay olur, sürət, taktiki-texniki gedişlər və sair.

Ona görə də indidən yay barədə danışmaq çətindir. Futbolda hər şey bir göz qırpımında dəyişir.

Bir də baxırsan hansısa futbolçunun transferi böyük dəyişikliyə səbəb olur və ya kiminsə yoxluğu özünü aşkar şəkildə göstərir. Ona görə də səbrli olub yayı gözləməliyik, ondan sonra vəziyyətə baxıb danışmalıyıq”.

26 turdan sonra aktivində 63 xal olan “köhlən atlar” ən yaxın izləyicisi “Zirə"ni 12 xal qabaqlayır.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti