
"Bəzi oyunlarda məğlub ola bilərik, amma çempion olmaq istəyirik.
Turnir cədvəlində üstünlüymüz var”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviçə məxsusdur.
Monteneqrolu legioner mövsümün sonunda çempion olacaqlarına inandığını vurğulayıb.
Balkanlı futbolçu qış transfer dövründə rəsmi transfer təklifi almadığını deyib:
"Əlbəttə ki, başqa klublar tərəfindən maraqlananlar olur. Amma rəsmi heç nə yoxdur.
Mənim hazırda "Qarabağ"la müqaviləm davam edir və bu kluba məxsusam".