Qurban Qurbanov bu sözləri elə-belə demədi... VİDEO

02:40 Qarabağ 95
Qurban Qurbanov bu sözləri elə-belə demədi... VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 26-cı turunun “Araz-Naxçıvan”la matçından sonra keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis 3:1 hesablı qələbə barədə bunları söyləyib:

“Çox qısa deyəcəm, Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm ki, bizimlə oldular. Çox vacib üç xal əldə etdik.

Meydanda mübahisəyə dair fikir bildiriləsi bir şey yoxdur. Oyun başlayanda rəqib aqressiv idi.

Sonda da aqressiya belə hadisəyə çevrildi. Futbolda olan hadisələrdir.

Kütləvi atışmalar olur. İstəməzdim ki, olsun. Çox aqressiv əl-qol atmaq, hansısa ifadələr işləmək doğru deyil.

Yayda transferlər ola bilər. Futbolçuların klubları ilə müqaviləsi olur. İstədiyimiz vaxtda rahatlıqla oyunçu götürə bilmərik.

Söz verə bilmərəm neçə transfer olacaq. Amma axtarırıq, baxırıq. Dəyişikliklər gözlənilir”.

Digər Xəbərlər
Xəbər Lenti