"Qarabağ"da davaya adı qarışan: “İnanırsız, heç mən də bilmirdim ki...”

01:20 Qarabağ 79
"Qarabağ"da davaya adı qarışan: “İnanırsız, heç mən də bilmirdim ki...”

"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Premyer Liqanın 26-cı turunda "Araz-Naxçıvan"la görüşdəki qələbəni (3:1) şərh edib:

"Həqiqətən də yaxşı oyun idi. Biz "Araz-Naxçıvan"ın gücünü yaxşı bilirdik.

Onların yaxşı futbolçuları var. Meydanda yaxşı mübarizə getdi. Qalibiyyəti əldə etdiyimiz üçün şadam.

Birinci və ikinci hissəni müqayisə etsək, bəli, fasilədən sonra sanki öz oyunumuzu tutduq, sonda da qazandıq".

Cəfərquliyev ikinci hissədə meydanda baş verən kütləvi dava-dalaş haqda da fikirlərini bildirib:

"Mən həmin epizodda heç nə etməmişdim, sadəcə, aranı sakitləşdirirdim, rəqibi davadan uzaqlaşdırırdım.

Başqa heç bir niyyətim yox idi. Hadisənin nə üstündə baş verməsinə gəlincə, inanırsız, heç mən də o qədər dəqiqliyi ilə bilmirdim.

Epizod zamanı Felipe Santosu oradan aralaşdırırdım. Həmin oyunçu da mənim üzümə zərbə endirdi və yerə yıxıldım".

Digər Xəbərlər
Xəbər Lenti