“Qarabağ”a elə o, lazım imiş… Qurban Qurbanovun intizarı bitdi!

13:00 Qarabağ 764
“Qarabağ”a elə o, lazım imiş… Qurban Qurbanovun intizarı bitdi!

«Qarabağ»a elə Kadi lazım imiş…

Braziliyalının Azərbaycana qayıdışının üstündən hələ heç 1 ay keçməyib.

Artıq üç oyunda fərqlənə bilib.

«Neftçi» ilə matçın son dəqiqələrində komandasına qələbə gətirən penalti alıb, «Səbail»dən sonra «Sumqayıt»ın da qapısına yol tapıb.

Düzünü deyin, Kadidən ötrü darıxmışdızmı? Məndən soruşmayın, özüm deyəcəm - bəli, çox darıxmışdım.

Tək mənmi? Düşünürəm ki, elə Qurban Qurbanov da.

Adını çəkdiyim baş məşqçinin 2 ildir Kadi üçün burnunun ucunun göynəməsinə şübhə bəsləmirəm. Gözü hər yerdə onu gəzirmiş, nəhayət, göydə axtardığını yerdə tapdı.

Budur, Kadi 2 illik aradan sonra yenə Premyer Liqamıza gözəllik qatır.

Yarımmüdafiəçinin «Sumayıt»la oyunda hesabı açdığı qol izləyənlərin ruhuna qida qatdı. Stadiona toplaşanların gözəl qol aclığını aradan qaldırdı, doyurdu.

«Qarabağ» böyük auditoriya qarşısında oynamaqdan zövq alır. Tribunaları dolu görəndə gözlərinə işıq gəlir sanki hər bir futbolçusunun.

Özlərini avrokubokladakı kimi hiss etməyə başlayırlar onda.

Mehdi Hüseynzadənin adını daşıyan arena dünən dolu olmasaydı, «Qarabağ» ötən həftələrdəki kimi oynayardı yəqin - həvəssiz, istəksiz, dilxor halda.

Ötən günü «Qarabağ» bir az tərpəniş göstərdi, yerindən hərəkətə gəldi. Kadinin timsalında. Onun vurduğu şedevr qoldan qüvvət alaraq.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti