
“Qarabağ”ın legioneri Leandro Andrade köhnə təkliflə yenidən tanış olub.
Hələ iki il öncə ilk cəhdini edən “Rubin“ bu transfer üçün yaoımmüdafiəçinin menecerləri ilə təkrar əlaqə saxlayıb.
Onlar da öz növbəsində Kabo-Verde yığmasının üzvünü bu barədə məlumatlandırıb.
Rusiya premyerliqasında mübarizə aparan klub Portuqaliya doğumlu afrikalı ilə 2+1 illik müqavilə imzalamaq niyyətindədir.
Kazan təmsilçisinin məqsədi Andradenin rəyini öyrənəndən sonra “köhlən attlar“la danışıqlar aparmaqdır.
“Qarabağ“ 2024-cü ilin fevralında Leandro ilə müqaviləni yeniləyib. Anlaşma 2027-ci il iyunun 30-dək uzadılıb.
24 yaşlı əcnəbi futbolçu 2022-ci ilin yanvarından komandanın formasını geyinir. “Qarabağ”ın heyətində üç dəfə (2021/22, 2022/23) Azərbaycan çempionu, iki dəfə (2021/22) ölkə kubokunun qalibi olub.
Ağdamlılar Andradenin transfer qiymətini də müəyyənləşdirib. Onun xidmətində maraqlı olan klublar, o cümlədən, “Rubin“ ən azı 4 milyon avrodan keçməlidir.
SPORTİNFO.AZ