CƏRİMƏLƏNDİ - “Qarabağ” niyə UEFA-nın qəzəbinə tuş gəldi?

2 Mart 22:30 Qarabağ 345
CƏRİMƏLƏNDİ - “Qarabağ” niyə UEFA-nın qəzəbinə tuş gəldi?

UEFA-nın İntizam Komitəsi “Qarabağ”ı cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Yunanıstan mediası məlumat yayıb.

Cəzaya Avropa Liqasının Liqa mərhələsinin 8-ci turunda “Olimpiakos”la matçda baş vermiş müxtəlif pozuntular səbəb olub.

Ağdam təmsilçisi “komandanın intizamsız davranışına” görə 9 min avro cərimələnib. Yunanıstan klubu da stadionun sektorlarından birinin dəhlizlərini bağladıqları üçün eyni məbləğdə cəzaya məruz qalıb.

Sözügedən matç “Qarabağ”ın 0:3 hesablı məğlubiyyəti ilə bitmişdi.

Digər Xəbərlər
Xəbər Lenti