
“Bu, həyatımda məni ən çox üzən məsələdir.
Təəssüf ki, heç bir yenilik yoxdur”.
“Qarabağ”ın prezidenti Tahir Gözəl bu şəkildə təəssüflənib.
Başqanı məyus edən səbəb “Qarabağ”ın inşa olunması nəzərdə tutulan Futbol Akademiyası ilə bağlı mövzuda yeniliyin olmamasıdır.
Tahir bəy əvvəlki açıqlamalarında bu yöndə çalışmaların davam etdiyini bildirsə də, bu dəfə məsələyə nöqtə qoyub:
“Yer tapa bilmirik, yerimiz yoxdur, yer də verilmir. Xahiş etmişik, çox istəmişik.
Biz hər cür zəhmətə qatlaşmağa hazırıq. İstər investisiya olsun, istər başqa məsələlərdə.
Suraxanıda yer xahiş etmişdik, həmin ərazi boşaldılmır. Uyğun ərazi tapa bilmirik. Bu məsələ “Qarabağ”ın çox böyük əskikliyidir. Akademiya mənasında digər klublardan geridəyik”.
HƏBİB / SPORTİNFO.AZ