“Qarabağ”dan söz açdı, ürəkdən “super” ifadəsini işlətdi

1 Mart 13:40 Qarabağ 2 094
“Qarabağ”dan söz açdı, ürəkdən “super” ifadəsini işlətdi

"Qarabağ"ın keçmiş qapıçısı Andrey Lunyov Azərbaycan karyerasını super adlandırıb.

Sportinfo.az xəbər verir ki, o, Rusiya mətbuatına verdiyi müsahibə bu barədə danışıb.

"Azərbaycanda oyun təcrübəsi hər mənada super idi. Bizim üçün avrokubokları və yerli çempionatda mövsüm uğurlu alındı.

Ölkə kubokunu qazandıq. Özümüzü göstərsək də, bunu tam edə bilmədik", - deyə Lunyov açıqlamasında bildirib.

2023/2024 mövsümünü "Qarabağ"da keçirən Andrey 43 oyunda komandanın qapısını qoruyub. O, Azərbaycan çempionu olub və ölkə kuboku qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 Mart 03:50 Yeni lider var!
2 Mart 02:20 Emilgül yenə uduzdu