
"Qarabağ" Azərbaycan Kubokunda yarımfinala vəsiqə qazanıb.
Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv 1/4 final mərhələsinin cavab oyununda "Səbail"lə üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 3:1 hesabı ilə üstələyib.
13-cü dəqiqədə "köhlən atlar"ın heyətində Musa Qurbanlı hesabı açıb. İki dəqiqə sonra Rüfət Abdullazadə tarazlığı bərpa edib.
43-cü dəqiqədə "dənizçilər"də Emin Rüstəmov avtoqol müəllifi olub. 55-ci dəqiqədə Nəriman Axundzadə üçüncü topu paytaxt klubunun qapısından keçirib.
Ölkə çempionu ilk matçda da rəqibinə qalib gəlmişdi - 1:0.
"Qarabağ" yarımfinalda "Zirə" - "Araz-Naxçıvan" (ilk oyun - 0:1) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qarabağ” – “Səbail” 3:1
Qollar: Musa Qurbanlı, 13; Emin Rüstəmov, 43 (ö.q.); Nəriman Axundzadə, 56 // Rüfət Abdullazadə, 15
Tofiq Bəhramov adına Respublika Stadionu, 546 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Eyyub İbrahimov
Dördüncü hakim: Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.
“Qarabağ”: 99. Mateus Koxalski 24. Aleksey İsayev 27. Toral Bayramov 22. Musa Qurbanlı 90. Nəriman Axundzadə (9. Kadi Borqes, 72) 29. Marko Veşoviç (44. Elvin Cəfərquliyev, 72) 81. Kevin Medina (k) 8. Marko Yankoviç (66. Patrik Andrade, 84) 2. Mateus Silva 21. Aleksey Kaşuk (15. Leandro Andrade, 84) 11. Emmanuel Addai (19. Redon Cica, 84)
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 13. Bəhlul Mustafazadə 10. Abdullah Zubir 7. Yassin Benzia
Baş məşqçi: Qurban Qurbanov
“Səbail”: 1. Hüseynəli Quliyev 74. Yusif Nəbiyev (k) 77. Fərid Nəbiyev 18. Süleyman Əhmədov 11. Rüfət Abdullazadə (7. Madi Queta, 74) 83. Nihad Quliyev 19. Samir Abdullayev 16. Emin Rüstəmov (3. Dmitro Litvin, 69) 97. Oruc Məmmədov (14. Suleyman Alluş, 74) 10. David Qomis (22. Mirabdulla Abbasov, 46) 5. Gitay Sofir (96. İlkin Muradov, 60)
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə 25. Nicat Məmmədzadə 84. Teymur Məmmədov 88. Hacıəli Şirəliyev 44. Amir Bilali 99. İnnosent Nşuti
Məşqçi: Elvin Məmmədov