“Qarabağ” 10-cu pilləni bölüşdürür - “Fənərbağça” ilə

27 Fevral 13:40 Qarabağ 548
“Qarabağ” 10-cu pilləni bölüşdürür - “Fənərbağça” ilə

vropanın milli çempionatlarında ən çox qol vuran klubların siyahısı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, cədvəlin ön sıralarında Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da yer alır.

Ağdam təmsilçisi geridə qalan 24 turda rəqib qapılarından 60 qol keçirib.

Qurban Qurbanovun yetirmələri bu göstəriciyə görə, Avropanın ən məhsuldar 10-cu komandasıdır. “Qarabağ” Türkiyə klubu “Fənərbağça” ilə 10-cu pilləni bölüşdürür.

Bu göstərici üzrə ilk “10-luq” belədir:

1. “Srvena Zvezda” (Serbiya) – 24 oyun / 86 qol

2. “Seltik” (Şotlandiya) – 27 / 77

3-4. PSV (Niderland) – 23 / 71

3-4. TNS (Uels) – 26 / 71

5. “Bayern” (Almaniya) – 23 / 69

6. “Barselona” (İspaniya) – 25 / 67

7. “Liverpul” (İngiltərə) – 27 / 64

8. PSJ (Fransa) – 23 / 62

9. “Sportinq” (Portuqaliya) – 23 / 61

10-11. “Qarabağ” (Azərbaycan) – 24 / 60

10-11. “Fənərbağça” (Türkiyə) – 24 / 60

Digər Xəbərlər
Xəbər Lenti