“Qurban Qurbanov qazanır, amma heç kimə söz verməyib ki...”

27 Fevral 01:00 Qarabağ 1 699
“Qurban Qurbanov qazanır, amma heç kimə söz verməyib ki...”

“Uğurlar ancaq kişilər tərəfindən qazanılır.

Əsl kişilər tərəfindən.

Necə ki, Hidayət qazandı, Rafael qazanır, Qurban Qurbanov qazanır”.

Sportinfo.az xəbər verir ki, bu fikirlər “Neftçi”nin Müşahidə Şurasının sabiq üzvü Bəhram Bağırzadəyə aiddir.

İdman TV-nin “Sportcast” verilişində qonaq olan əməkdar artist Azərbaycanın tanınmış idmançılarından və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan danışıb:

“İndi “Qarabağ”da bir az nəticələr aşağıdır. Yenilənmə gedir.

Qurban Qurbanov heç kimə söz verməyib ki, hər il yüksək nəticələr göstərəcək”.

Digər Xəbərlər
Xəbər Lenti