Transferinə az qaldı... "Qarabağ"ın sabiq qapıçısının

27 Fevral 01:50 Qarabağ 779
Transferinə az qaldı... "Qarabağ"ın sabiq qapıçısının

"Qarabağ"ın sabiq qapıçısı Luka Quqaşaşvili Ağdam klubundan ayrıldıqdan sonra karyerasını Yunanıstanda davam etdirir.

Sportinfo.az xəbər verir ki, Gürcüstan millisinin də üzvü olan 25 yaşlı kiper hazırda karyerasını Superliqa təmsilçisi "Panserraikos"da davam etdirir.

Luka komandasının əsas heyət üzvüdür. O, bu mövsüm 23 matça meydana çıxıb, 4 oyunda qapısını toxunulmaz saxlayıb. Luka ümimilikdə isə bu mövsüm 41 qol buraxıb.

"Panserraikos" hazırda liqada 24 oyundan 22 xalla 11-ci yeri tutur (14 komanda arasında).

Bu arada Yunanıstan mətbuatı Luka Quqaşaşvilinin "Panserraikos"dan ayrılacağını yazıb.

"Qarabağ"ı tərk etdikdək sonra 2024-cü ilin yayında bu kluba keçən gürcü futbolçu mövsümün sonu Yunanıstanın tanınmış komandalarından olan PAOK-a keçməyə hazırlaşır.

Məlumata görə, hazırkı klubu ilə 2026-cı ilin yayına qədər müqaviləsi olan Quqaşaşvili artıq bu mövsümün sonuna PAOK-a keçəcək.

Tərəflərin bununla bağlı razılığa gəldiyi iddia olunur.

Digər Xəbərlər
Xəbər Lenti