"Qarabağ"da rəqabətə dözmədi, məşhur klubun transfer siyahısına düşdü

26 Fevral 01:20 Qarabağ 3 234
"Qarabağ"da rəqabətə dözmədi, məşhur klubun transfer siyahısına düşdü

"Qarabağ"ı tərk etdikdən sonra "Panserraikos"a keçən Luka Quqeşaşvili komandasını dəyişməyə yaxındır.

Sportinfo.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, gürcü qolkiper PAOK-un transfer siyahısındadır.

Saloniki təmsilçisi artıq Quqeşaşvilini transfer etmək üçün "Panserraikos"la razılıq əldə edib.

Luka Quqeşaşvili 2022-ci ildən 2024-cü ilin yayınadək "Qarabağ"ın qapısını qoruyub, amma çox da şans görmədiyi üçün komandadan ayrılıb.

25 yaşlı qapıçı 2026-cı il iyunun 30-na qədər "Panserraikos"a məxsusdur.

Digər Xəbərlər
Xəbər Lenti