Qurban Qurbanovdan açıqlama: “Qarabağ” kimlərii alacaq, kimləri göndərəcək? - VİDEO

09:20 Qarabağ 995
Qurban Qurbanovdan açıqlama: “Qarabağ” kimlərii alacaq, kimləri göndərəcək? - VİDEO

"Hər iki komandanın futbolçularına təşəkkür edirəm.

Belə soyuq havada, sonlara yaxın da oyunun sürəti artdı. Dinamik futbol oynadılar".

Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la oyundan danışıb.

Təcrübəli mütəxəssis Premyer Liqanın 24-cü turunda qeydə alınan 1:1 hesablı heç-heçəni şərh edib:

"Bu oyunda hansısa komanda uduzsaydı, çox üzülərdi. Hər bir futbolçudan razı qaldım.

İkimiz də bir xal qazandıq. Azarkeşlərimizə təşəkkür edirəm.

Sanki oyunun əvvəli bir az darıxdırıcı kimi görünürdü. Ancaq sonradan oyun aktivləşdi, maraqlı matç alındı.

Kurban Berdiyev və Vasili Berezutski böyük təcrübə keçmiş məşqçilərdir. Bəlkə "Sabah"a uduzacağıq, ya udacağıq.

Hər məşqçi, komanda rəqibi analiz edir. Normaldır. Görünən odur ki, biz daha çox çox təhlil etməliyik.

Belə bir şey yoxdur ki, həmişə "Qarabağ", Qurban Qurbanov qalib gəlməlidir".

Qurban Qurbanov mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuların durumu barəsində də fikir bildirib:

"Vaxtımız var. Mövsüm boyu fikirlər, düşüncələrdə dəyişikliklər olur.

Hansısa futbolçunu göndərməyi düşünürsən, sonra saxlamaq istəyirsən. Ya da, əksinə.

Mövsümün sonuna kimi vaxt var. Sonda dəqiq məlumatlar bildiriləcək".

Digər Xəbərlər
Xəbər Lenti