
"Qarabağ"ın qolkiperi Sadiq Məmmədzadənin meneceri Emil Əsədov Sportinfo.az-a açıqlama verib.
Agent gənc qapıçının Ağdam klubundan ayrılması barədə yayılan xəbərlərə aydınlıq gətirib:
"Sadiq Mammadzadənin agenti olaraq bildirmək istəyirəm ki, verilən məlumatlar həqiqəti əks etdirmir.
"Qarabağ" klubundan ayrılmaq və ya müqaviləni birtərəfli qaydada pozmaqla bağlı hər hansı müraciətimiz və ya tələbimiz olmayıb.
Biz yalnız Sadiqin Serbiyanın "Belqrad" klubunda baxışa getməsi ilə bağlı olaraq "Qarabağ"a rəsmi müraciət etmişik. Klub da sağ olsun, uyğun görərək rəsmi icacə vermişdir.
Bunun əsasında 8-10 günlük təlim məşq toplanışında olub və bəyənilib. Lakin rəsmi müqavilə təklifi mərhələsinə gəlinməyib.
Yay ayında yenidən "Qarabağ" klubundan rəsmi icazə ala bilsək təkrar baxışa göndərməyi planlaşdırırıq.
Sadiq yalnız tam bəyənilərək rəsmi olaraq təklif alandan sonra (əgər bacarsa) biz "Qarabağ" ilə transfer danışıqlarına başlaya bilərik.
Əks təqdirdə nə indi, nə də bundan öncə Sadiqin "Qarabağ" klubundan ayrılmaqla bağlı heç bir rəsmi müraciət olmayıb.
"Qarabağ"da hazırda xoşbəxtdir və yalnız komanda və özünün uğurları barədə düşünür".
XANOĞLAN