
Yanvarda «Qarabağ»ı «Flamenqo»ya dəyişən Olavio Juninyonun Braziliyadan görüntüləri yayılıb.
Ağdam klubuna 5 milyon avro qazandıraraq ölkəsinə qayıdan hücumçunun məşq prosesində iştirakı bu kadrlarda əksini tapıb.
«Flamenqo» ilə 3 illik müqavilə bağlamış 28 yaşlı forvardın yeni komanda yoldaşlarıyla isti münasibət qurduğu bəlli olur.
Hazırlıq çalışması əsnasında onlarla deyib-gülən Juninyonun halından məmnunluğu üz ifadələrindən görünməkdədir.
SPORTİNFO.AZ