"Qarabağ"da qalmaq istəyirmiş, xanımı qarşısını kəsib - Ayrılq ona görəymiş…

23 Fevral 19:25 Qarabağ 1 672
"Qarabağ"da qalmaq istəyirmiş, xanımı qarşısını kəsib - Ayrılq ona görəymiş…

Azərbaycan millisinin və "Qarabağ"ın braziliyaəsilli sabiq futbolçusu Riçard Almeydanın buradan ayrılmasının səbəbkarı məlum olub.

Bu, onun xanımıdır.

Relaksiyamıza verilən məlumata görə, 35 yaşlı yarımmüdafiəçi həyat yoldaşının təkidi ilə "Qarabağ"la kontraktına 4 ay tez xitam vermək məcburiyyətində qalıb.

Belə ki, o, həm Braziliyada qurduqları biznesi idarə etmələri, həm də orada yaşayan yaxınları üçün darıxdığını deyərək, Riçardın məşqçi kimi burada qalıb akademiyada fəaliyyət göstərməsinin qarşısını alıb.

Yoxsa yığmamızın sabiq üzvü hələ uzun illər "Qarabağ"a xidmət etmək niyyətində olub və bunu klubun rəsmilərinə də bildirib.

Almeyda artıq ölkəsinə qayıdıb və "Primavera"nın şərəfini qoruyur. Komanda hazırda A2 Liqasında mübarizə aparır.

2012-2018-ci, 2019-cu və 2021-1025-ci illərdə Ağdam təmsilçisində çıxış edən "sambaçı" 376 oyunda 64 qol vurub. Premyer Liqada 254 (51 qol), ölkə kubokunda 31 (5 qol), avrokuboklarda 91 (8 qol) dəfə “Qarabağ”ın formasını geyinib.

O, 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi 2017-2023-cü illərdə çıxış etdiyi Azərbaycan millisində 31 oyunda 3 qol vurub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 20:00 Çək və bizə göndər!