
“Neftçi”yə qarşı oyunlarımız həmişə çətin keçir.
Budəfəki qarşılaşma da istisna olmadı”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç deyib.
Premyer Liqanın 23-cü turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub etdikləri görüş barədə danışan monteneqrolu qeyd edib ki, azlıqda qaldıqdan sonra taktiki dəyişikliklərə gediblər:
“Bizim üçün vacib matç idi. Çempionatdakı hər görüşə 3 xal üçün çıxırıq.
Bu dəfə də məqsədimiz qələbə qazanmaq idi. Oyunun əvvəlində qırmızı vərəqə aldıq.
Azlıqda qaldıqdan sonra taktikanı dəyişdik. Maraqlı və gərgin oyun keçdi. Çox şadam ki qələbə qazandıq”.
Matçdakı yeganə qolun müəllifi olan Yankoviç 89-cu dəqiqədə penaltidən fərqləndiyi epizodda yerinə yetirdiyi Panenka zərbəsini də izah edib:
“Bəli, risk etdim. Amma düşündüm ki, bu cür oyunda və son dəqiqələrdə heç bir qapıçı rəqibdən Panenka zərbəsi gözləməz.
Məhz buna görə də həmin anda zərbəni elə yerinə yetirdim.
Atmosfer də əla idi. Çox istərdik ki, hər matçda bu cür ajiotaj olsun”.