Qurban Qurbanov “Qarabağ”ı Avropada birinci etdi

00:50 Qarabağ 1 132
Qurban Qurbanov “Qarabağ”ı Avropada birinci etdi

Avropada ən uğurlu əvəzetməsi olan komandaların siyahısı yenilənib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” cədvəldə birinci sıraya yüksəlib.

Ağdam təmsilçisinin əvəzetmədən meydana çıxan futbolçuları cari mövsüm 17 qola imza atıblar.

Bununla Qurban Qurbanovun başçılıq etdiyi kollektiv ehtiyat qüvvəsi 16 dəfə fərqlənən “Srvena Zvezda” (Serbiya) və “Seltik”i (Şotlandiya) geridə qoyub. 4-cü pillədəki “Ayaks” isə Niderland çempionatında 15 dəfə əvəzetmələrinin qoluna sevinib.

“Qarabağ”da sonradan medana daxil olanlar arasında ən çox qol vuran futbolçu Leandro Andradedir. Onun aktivində 4 belə qol var.

İkinci sıradakı Abdullah Zubir 3 dəfə ikinci hissədə mübarizəyə qoşularaq fərqlənib. Aleksey Kaşuk və Redon Cica hərəyə 2 dəfə Qurban Qurbanovun əvəzləməsini doğruldub.

Digər qollar isə Olavio Juninyo, Musa Qurbanlı, Elvin Cəfərquliyev, Yassin Benzia, Kadi Borqes və Nəriman Axundzadənin aktivindədir.

“Böyük beşlik” ölkələrindəki klublardan ən yaxşı göstəriciyə malik komanda “Atletiko”dur. Madridlilər İspaniya La Liqasında bu mövsüm 14 dəfə ehtiyatdan oyuna qoşulan futbolçusunun qoluna seviniblər.

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"