"Qarabağ"lı müdafiəçi: “Bu qərar bəzi oyunçuların şanslarını məhdudlaşdıracaq”

21 Fevral 23:20 Qarabağ 245
"Qarabağ"lı müdafiəçi: “Bu qərar bəzi oyunçuların şanslarını məhdudlaşdıracaq”

"Limit məsələsi maraqlı mövzudur və geniş müzakirə tələb edir”.

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynova məxsusdur.

O, növbəti mövsümdən Premyer Liqada legioner limitinin ləğv olunması qərarından danışıb:

“Aydındır ki, bu qərar bəzi oyunçuların şanslarını məhdudlaşdıracaq. Hər kəs bunun fərqindədir.

Amma bu qərara anlayışla yanaşmaq və daha çox çalışmaq lazımdır. Məncə, bu addım yerli futbolçuların keyfiyyətini artırmaq məqsədi daşıyır.

Bu, uzun müzakirə mövzusudur. Başqa bir gün daha ətraflı müzakirə etmək olar".

Digər Xəbərlər
Xəbər Lenti
21 Fevral 12:40 "Çox güclü komandadır"