
Premyer Liqanın XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Sabah" oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
BiletləriTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
"Qarabağ" - "Sabah" qarşılaşması 22 fevral tarixində, saat 19:00-da, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.