AFFA müraciət etdi, “Qarabağ”la bağlı son qərar verildi

20 Fevral 09:00 Qarabağ 1 372
AFFA müraciət etdi, “Qarabağ”la bağlı son qərar verildi

AFFA Peşəkar Futbol Liqasına müraciət edib.

Sportinfo.az xəbər verir ki, bu barədə PFL-ni mətbuat xidməti məlumat yayıb.

Müraciət 15 mart 2025-ci ildə Tovuz şəhərində Azərbaycan futbolu adına bir sıra əhəmiyyətli tədbirlər keçiriləcəyi səbəbindən həmin gün Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutmalı olan “Qarabağ” – “Kəpəz” matçının yerinin dəyişdirilməsi ilə bağlıdır.

PFL bu müraciəti və hər iki klubun razılıq məktubunu rəhbər tutaraq Premyer Liqanın 2024-2025-ci illər mövsümünün təqviminə dəyişikliyin edilməsinə qərar verib.

Beləliklə, 27-ci turun Bakıda keçirilməli olan “Qarabağ” - “Kəpəz” matçı martın 15-də “Kəpəz” - “Qarabağ” oyunu olaraq Tovuz şəhər stadionunda təşkil ediləcək.

Szügedən matç saat 17:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti