Qurban Qurbanov bu hərəkəti bağışlamadı, bir neçə min dollar… VİDEO

20 Fevral 09:40 Qarabağ 4 243
Qurban Qurbanov bu hərəkəti bağışlamadı, bir neçə min dollar… VİDEO

AFFA İntizam Komitəsi "Qarabağ"ın müdafiəçisi Kevin Medinanı cəzalandırıb.

Kolumbiyalı legioner Premyer Liqanın 23-cü turunda "Neftçi" ilə matçın (1:0) 22-ci dəqiqəsində Ağadadaş Salyanskiyə qarşı qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almışdı.

Ona görə də 31 yaşlı cənubi amerikalı 2 oyunluq cəzalandırılıb, “Qarabağ” isə 1500 manat cərimə edilib.

Qurban Qurbanov bu yersiz hərəkəti Kevin Medinaya bağışlamayıb.

Baş məşqçi rəqib hücumçunun ayağını sındıracaq qədər kobud oynayan "Tank"ı daxili nizam-intizam kodeksinə uyğun olaraq, böyük miqdarda cərimələyib.

Söhbət bir neçə min dollardan gedir. Həmçinin AFFA-nın kəsdiyi cərimə onun məvacibindən tutulacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti