RAZILIQ VERDİ: Daha 2 il “Qarabağ”da – SON DƏOİQƏ

18 Fevral 20:00 Qarabağ 9 130
RAZILIQ VERDİ: Daha 2 il “Qarabağ”da – SON DƏOİQƏ

“Bu barədə heç bir fikrim yoxdur. Hazırda “Qarabağ”la danışıqlar aparırıq”.

“Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia bu açıqlama ilə sayğımızın günlər öncə yaydığı informasiyanı təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qarabag/214422.html).

Əlcəzair millisinin futbolçusu ona Qətər klubundan təklif gəlməsi haqda suala cavabında “Görək necə olacaq. Buranı çox bəyənirəm. Baş məşqçi mənə güvənir, mən də ona. Gələcəkdə nə baş verəcəyini görəcəyik” söyləyib.

Fransa mətbuatı iddia edib ki, Benzia karyerasını Qətərdə davam etdirməyə yaxındır. Belə ki, “Umm Salal” rəhbərliyi 30 yaşlı futbolçunun transferində maraqlıdır.

Onun nümayəndələri ilə danışıqlara start verən asiyalılar onunla razılaşmanı yaxın günlərdə əldə etmək niyyətindədir.

Qətər təmsilçisi Yassinlə anlaşma əldə etdikdən sonra “Qarabağ”la danışıqlara start verəcək.

Bildirilirdi ki, Ağdam təmsilçisi müqaviləsi yayda başa çatacaq Benzianın azad agent kimi getməsini istəmədiyi üçün onu satmağa razılaşacağı gözlənilir.

Fevralın 12-də yaydığımız xəbərdə bildirmişdik ki, “Qarabağ“ Benzia ilə danışıqlara başlayıb.

Diqqətə çatdırmışdıq ki, “Lion“un yetirməsi ilə görüşmələr müsbət axarda davam edir. Əlcəzair yığmasının üzvü burada qalmaq variantına həvəslə yanaşır və bu, klub rəhbərliyini ümidləndirib.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən, 84 oyunda 22 qol və 23 assistə imza atan əlcəzairli, nəhayət, son fikrini deyib. Qoy, bu da Ağdam klubunun fanatları üçün yeni xəbər olsun.

Bilsinlər ki, Benzia ona təklif olunan müqavilə şərtləri ilə razılaşıb. Axır məqamda başqa təklif ortaya çıxmasa, o, minimum daha 2 il Azərbaycanda yaşayacaq.

Razılaşmaya əsasən, “Qarabağ“ kontraktın müddətini daha 1 il uzatmaq hüququna sahibdir.

Bu sövdələşmə Benzianın gəlirinə müsbət təsir göstərəcəkmi? Ərəb legionerin qazancı nəzərəçarpacaq qədər artırılacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti