
"Təəssüratlarım əladır, çünki biz qələbə qazandıq”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Yassin Benzia deyib.
O, Premyer Liqanın 23-cü turunda “Neftçi”yə qalib gəldikləri matçla (1:0) bağlı fikirlərini “CBC Sport” kanalına açıqlayarkən deyib:
“Azlıqda qalsaq da, “Qarabağ”ın ruhunu göstərməyi bacardıq. Baş məşqçinin fasilədə dediklərini icra etməyə çalışdıq.
Çünki risk etməli idik. Düşünürəm ki, yaxşı oynadıq və bu qələbəyə layiqincə qazandıq”.