![“Qarabağ”ın oyunçusu komanda yoldaşını “təxribatçı” adlandırdı - VİDEO](https://www.sportinfo.az/media/2025/02/18/fb_img_1739793685142-960x1200.jpg)
“Medina təxribatçıdır, amma yaxşı ki, dava olmadı”
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynova məxsusdur.
O, Premyer Liqanın XXIII turunda “Neftçi”ni 1:0 hesabıyla məğlub etdikləri matçdan danışıb.
Dağıstan kökənli arxa xətt oyunçusu Kevin Medinanın 22-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodu dəyərləndirib.
Hüseynov kolumbiyalı legioneri qınayıb, onun rəqibin hücumçusu Ağadadaş Salyanskiyə qarşı kobud hərəkətinin komandalar arasında davaya səbəb ola biləcəyini söyləyib.