Kadi “Neftçi”yə söz atdı: “Dəyişən bir şey yoxdur, yenə udduq” - VİDEO

18 Fevral 01:00 Qarabağ 300
Kadi “Neftçi”yə söz atdı: “Dəyişən bir şey yoxdur, yenə udduq” - VİDEO

“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, braziliyalı vinger “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

Kadi “müəyyən fasilədən sonra yenidən “Neftçi”yə qarşı oynadınız. Rəqibdə hər hansı dəyişiklik var” sualına belə cavab verib:

“Mənim üçün dəyişən bir şey yoxdur, çünki yenə də “Neftçi”yə qalib gəldik.

Bu, Azərbaycan derbisidir. Bütün ölkənin diqqəti bu oyunda olur.

Odur ki, bu matçda qələbə qazanmaq bizim üçün vacib idi”.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”