![Kadi bu suala avab verdi - “Neftçi” nə dərəcədə dəyişib?](https://www.sportinfo.az/media/2025/02/17/480786945_1175514690610230_4839228323336673485_n.jpg)
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın braziliyalı vingeri Kadi Borges Premyer Liqanın 23-cü turunun “Neftçi” ilə oyunundan (1:0) sonra sualları cavablandırıb.
- "Neftçi" ilə matçdakı qələbəni necə şərh edərdin?
- Çətin oyun alındı. Qarşılaşmanın əvvəlində gözlənilmədən azlıqda qaldıq. Buna baxmayaraq, əls komanda ruhu nümayiş etdirdik. Çətin oldu, amma ikinci hissədə gördüyünüz kimi, oyun bizim xeyrimizə oldu.
- Meydanda azlıqda qalsanız da, qələbə qazanacağınıza yenə də inanırdın?
- Qələbəmizə heç bir şübhəm yox idi. İlk dəfə deyil ki, belə durumla qarşılaşırıq. Belə hallarda necə davranacağımızı bilirik. Oyun da bunu göstərdi. Növbəti dəfə xarakter nümayiş etdirdik. Nəticədə də bunu gördük.
- "Qarabağ"a qələbəni gətirən həmin penaltini sən qazandın. Yuri Matias sənə qarşı kobud oynadığı üçün baş hakim penalti təyin etdi. Bu epizodu necə şərh edərdin?
- Qayda pozuntusu var idi və hakim də bunu qeydə aldı. Düzü, rəqib müdafiəçinin haradan gəlib məni yıxdığını da görmədim. O, topa toxunmadı.
- Bir müddət idi ki, Azərbaycanda deyildin. Əsas rəqibiniz “Neftçi” nə dərəcədə dəyişib?
- Yoxluğuma baxmayaraq mənim üçün heç nə dəyişməyib. Biz yenə də qalib gəldik. Bu, Azərbaycan derbisidir. “Neftçi” və “Qarabağ” qarşılaşırsa, bütün futbol ictimaiyyətinin diqqəti məhz bu görüşdə olur.
- Son turda qol vurmağı bacardın, bu turda penalti qazandın. Qayıtdıqdan sonrakı performansından razısan?
- Özüm haqqında danışmaq istəmirəm. Amma ümumi mənzərəyə baxsaq, hər şey olduqca yaxşı alındı.