
Avropa Liqasında Liqa mərhələsinin yekun statistik göstəriciləri bəlli olub.
Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın futbolçuları səkkiz qarşılaşmada 121 dəfə qayda pozuntusuna məruz qalıblar.
Azərbaycan çempionu bu göstəriciyə görə ikinci pillədə qərarlaşıb. Türkiyə təmsilçisi "Fənərbağça" (136) birinci, Bolqarıstanın "Ludoqorets" komandası (119) isə üçüncü olub.
"Köhlən atlar" Liqa mərhələsini 3 xalla sonuncu - 36-cı pillədə başa vurub. Pley-off mərhələsinin ilk oyunları bu gün keçiriləcək.