Qurban Qurbanov “Qarabağ”dakı problemlərdən danışdı: “Hər hansı bir…”

16 Fevral 13:35 Qarabağ 959
Qurban Qurbanov “Qarabağ”dakı problemlərdən danışdı: “Hər hansı bir…”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 23-cü turunda “Neftçi”yə qarşı keçirəcəkləri oyundan öncə düşüncələrini bölüşüb.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “CBC Sport”a açıqlamasında bunları söyləyib:

“Neftçi”yə qarşı oynamaq həmişə hər bir futbolçunun gözləntisi olub. Hamı bilir ki, bu oyun ölkə futbolu üçün çox vacibdir.

Ölkənin iki ən böyük komandaları biri-birinə qarşı oynayır. Bu matç hərtərəfli maraq doğurur. Həm oyunçular, həm nəticə, həm azarkeşlər baxımından.

Futbol mütəxəssisləri baxımından da bu oyuna diqqət həddindən artıq çox olur.

Bu iki gündən çalışacağıq maksimum istifadə edək ki, futbolçularımızı oyuna düşündüyümüz kimi olmasa da, ona yaxın hazırlaya bilək”.

Mütəxəssis Abbas Hüseynovun zədə səbəbindən oynaya bilməyəcəyini bildirib:

“Zədəli futbolçulardan Abbas Hüseynov bir neçə ay olmayacaq. Toral Bayramov zədədən yeni qayıdıb.

Məşqlərdə tam şəkildə iştirak edə bilmir. Gedənlərdən də məlumatlısınız. İdman formasından bir az uzaq olan futbolçularımız var.

Hələ ki, optimal formada deyillər. Amma bütövlükdə oyuna istədiyimiz kimi hazırlaşmağa maneçilik yoxdur”.

Qurbanov Kadi Borgesin əsas heyətdə meydana çıxıb-çıxmayacağının hələ dəqiqləşmədiyini qeyd edib:

“Kadi Borgesin əsas heyətdə meydana çıxmağı həm gözlənilir, həm gözlənilmir. Demək olar ki, dünən komanda ilə tam məşq etdi.

Düzdür, hələ öz optimal formasından uzaqdır. Amma yenə də bu gün, sabah məşqlərə baxacağıq, əgər görsək ki, funksionallığı yaxşıdır, onda ola bilər ki əsas heyətdə çıxsın.

Fiziki məşqçilərlə, həkimlərə danışacağıq. Hər hansı bir problem görünərsə, onda ola bilər ki, əsas heyətdə çıxmasın”.

“Neftçi” – “Qarabağ” qarşılaşması bu gün saat 19:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”